Şara: Kürdlərin müdafiəsini PKK ilə əlaqələndirmək olmaz


Suriya prezidenti Əhməd Şara ölkəsindəki kürdlərin qorunmasının PKK terror təşkilatı ilə əlaqələndirilə bilməyəcəyini və kürdlərin qorunmasının onların yeni Suriyaya inteqrasiyasından asılı olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Suriya dövlət televiziya kanalı "Əl-İxbariyyə" sosial media platformalarında İraqın "Şams TV" kanalı tərəfindən yayımlanmayan Şara ilə müsahibədən parçalar paylaşıb.

Suriya İnformasiya Nazirliyi, sözügedən telekanalın Şaranın müsahibəsini "siyasi səbəblərdən" yayımlamadığını və bu qərarın peşəkar jurnalistika baxımından heç bir əsası olmadığını vurğuladı. Nazirlik həmçinin müsahibəni hüquqi çərçivə daxilində rəsmi platformaları vasitəsilə dərc etmək hüququnu özündə saxladığını bildirdi.

Şara müsahibəsində bütün Suriya xalqının köhnə rejimin qurbanı olduğunu və Əsəd rejiminin süqutunun Suriya kürdlərinin məruz qaldığı zülmə qarşı ilk real cavab olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ