ABŞ mediasından şok iddia: İsrail və İran razılığa gəliblər


İranda etirazlar başlamazdan bir neçə gün əvvəl İsrail və İranın Rusiya vasitəsilə bir-birlərinə ilk hücumu başlatmayacaqları barədə qarşılıqlı zəmanət verdiyi iddia edilmişdi.

Turkustan.az xəbər verir ki, "Washington Post" (WP) qəzetinin məsələ ilə tanış olan rəsmilərə istinadən verdiyi məlumata görə, İsrail rəsmiləri 2025-ci ilin dekabr ayının sonlarında İranda başlaması planlaşdırılan etirazlardan bir neçə gün əvvəl Rusiya vasitəsilə İran hökumətinə mesaj göndəriblər.

Mesajda bildirilirdi ki, İsrailə hücum edilməyəcəyi təqdirdə İrana hücum edilməyəcək. Məlumata görə, İran hökuməti də bunun müqabilində ilk hücumu etməyəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ