Fransa birgə təlimlərdə iştirak etmək üçün Qrenlandiyaya qoşun göndərdi


Fransa Prezidenti Emmanuel Makron Qrenlandiyada birgə təlimlərdə iştirak etmək üçün göndərilən fransız əsgərlərinin bölgəyə yola düşdüyünü açıqladı.

Turkustan.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron ABŞ-da yerləşən X şirkətinə məxsus sosial media platformasında bildirib ki, "Danimarkanın xahişi ilə Fransanın Danimarka tərəfindən Qrenlandiyada təşkil edilən birgə təlimlərdə, "Arktika Müqaviməti Əməliyyatı"nda iştirak etməsinə qərar verdim".

Emmanuel Makron qeyd edib ki, ilk Fransa hərbi hissələri regiona doğru yola düşüb və ardınca daha çox qoşun yeridiləcək.

Fransa Baş Qərargah rəisi Fabien Mandon da eyni platformada bildirib ki, "Fransız əsgərləri Danimarka tərəfindən tərəfdaşlarımızla birlikdə təşkil edilən təlimlərdə iştirak etmək üçün Qrenlandiyaya gedir".

Fransanın BFMTV kanalının məlumatına görə, Paris hökuməti Qrenlandiyaya təxminən 15 əsgər göndərib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ