Merz Zelenski və Aİ liderlərini qəbul edəcək


Almaniya kansleri Fridrix Merzin Berlində Ukrayna prezidenti Volodimir Zelenski və Aİ liderləri ilə sülh danışıqlarındakı son inkişafları müzakirə etmək üçün görüşəcəyi bildirilir.

Turkustan.az xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Stefan Kornelius bildirib ki, kansler Merz 15 dekabr Bazar ertəsi günü Zelenski ilə ikitərəfli danışıqlar aparacaq və əsasən Ukraynaya iqtisadi dəstək və son diplomatik təşəbbüsləri müzakirə edəcək.

Kornelius iştirakçılar və ya iclasın gündəliyi barədə əlavə məlumat vermədən dedi: "Axşam saatlarında bir sıra Avropa dövlət və hökumət başçıları, eləcə də Aİ və NATO-dan yüksək səviyyəli nümayəndələr müzakirələrdə iştirak edəcəklər."

Baş nazir Merz cümə axşamı günü Kiyev və onun Avropa müttəfiqlərinin ərazi məsələlərini həll etmək üçün yeni bir təklif hazırladığını açıqladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ