Zelenski cəbhə xəttinə yollandı


Ukrayna Prezidenti Vladimir Zelenski Kupyansk şəhəri istiqamətində cəbhə xəttində yerləşən Ukrayna əsgərləri ilə görüşüb.

Turkustan.az xəbər verir ki, Telegram hesabında paylaşdığı video mesajda Zelenski Xarkov vilayətində yerləşən Kupyansk şəhərində yoxlamalar apardığını bildirib.

Şəhərin girişində video mesajını çəkən Zelenski dedi: "Bir çox rus Kupyansk haqqında danışırdı və biz bunu görürük. Mən də orada idim və əsgərləri təbrik etdim".

Zelenski vurğulayıb ki, Ukrayna ordusunun cəbhə xəttindəki uğuru müharibəyə son qoymaq məqsədi daşıyan danışıqlar üçün son dərəcə vacibdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ