Suriya Mülki Aviasiya Baş İdarəsi, pis hava şəraiti və sıx duman səbəbindən Dəməşq Beynəlxalq Hava Limanına gələn bəzi reyslərin alternativ hava limanlarına yönləndirildiyini açıqladı.
Turkustan.az xəbər verir ki, Suriya Mülki Aviasiya Baş İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Alaa Salal məsələ ilə bağlı açıqlama verib.
Salal bildirib ki, əlverişsiz hava şəraiti səbəbindən bəzi uçuşlar bu səhər Dəməşq Beynəlxalq Hava Limanından alternativ hava limanlarına yönləndirilib.
Direktor Salal hava limanının ətrafında sıx duman əmələ gəldiyini və görünürlüyün azaldığını və uçuşların ləğv edildiyini bildirdi.
Aytən Yaşar/ Turkustan.az