Addım-addım irəliləyirlər! Onlar 8 yaşayış məntəqəsini ələ keçirdilər


Rusiya Müdafiə Nazirliyi son bir həftə ərzində Ukraynanın Xarkov, Dnepropetrovsk, Zaporojye və Donetsk vilayətlərində səkkiz yaşayış məntəqəsini ələ keçirdiklərini açıqladı.

Turkustan.az xəbər verir ki, Nazirlik Rusiya Silahlı Qüvvələrinin 6-12 dekabr tarixləri arasında Ukraynadakı fəaliyyəti ilə bağlı yazılı açıqlama yayıb.
Bəyanatda qeyd olunur ki, son bir həftə ərzində Ukraynada səkkiz yaşayış məntəqəsi Rusiya ordusu tərəfindən ələ keçirilib və əlavə edilib: "Xarkov vilayətindəki Liman, Kurilovka və Kuçerovka; Dnepropetrovsk vilayətindəki Ostapovskoye; Zaporojye vilayətindəki Novodanilovka; və Donetsk Xalq Respublikasındakı Rovnoye, Seversk və Çervonoye yaşayış məntəqələri azad edilib".

Nazirliyin açıqlamasında həmçinin qeyd olunur ki, müharibənin əvvəlindən bəri Ukrayna ordusuna məxsus 669 təyyarə, 283 helikopter, 102 mindən çox PUA, 639 hava hücumundan müdafiə raket sistemi, 26.506 tank və zirehli maşın, 1630 çoxməqsədli raket buraxıcısı, 31.875-dən çox haubitsa və minaatan, eləcə də təxminən 49.000 xüsusi hərbi maşın məhv edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ