Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin ərazi bütövlüyü ilə bağlı qərarı Ukrayna xalqı verməli olduğunu bildirib və deyib: "İnanıram ki, Ukrayna xalqı bu suala seçkilər və ya referendum vasitəsilə cavab verəcək".
Turkustan.az xəbər verir ki, Kiyevdə yerli və xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında Zelenski ABŞ-ın müharibəyə son qoymaq üçün təklif etdiyi və hələ də üzərində işlədikləri sülh planı barədə ətraflı məlumat verib.
Zelenski planın 20 bəndə qədər qısaldıldığını, yenidən işləndiyini və ABŞ tərəfinə geri göndərildiyini bildirib və əlavə edib ki, "Bu, son plan deyil".
Zelenski Ukraynanın ərazi bütövlüyü məsələsinin onlar üçün son dərəcə vacib olduğunu vurğulayaraq dedi: “20 maddəlik planla bağlı hələ də sual işarələri var. Xüsusilə ərazi məsələsi çox həssasdır. Ruslar bütün Donbası istəyirlər, amma biz bunu qətiyyən qəbul etmirik”.
Aytən Yaşar/ Turkustan.az