ABŞ Prezidenti Donald Tramp Tayland və Kamboca liderləri ilə iki ölkə arasında davam edən münaqişə ilə bağlı müzakirələrdən sonra hər iki tərəfin atəşkəs barədə razılığa gəldiyini bildirib.
Turkustan.az xəbər verir ki, Truth Social vasitəsilə yayımlanan yazılı açıqlamada Tramp Taylandın Baş naziri Anutin Çarnvirakul və Kambocanın Baş naziri Hun Manet ilə "uzun müddətdir davam edən müharibələrin yenidən alovlanması" ilə bağlı çox məhsuldar görüş keçirdiyini bildirib.
ABŞ prezidenti bildirib ki, "Onlar Malayziyanın Baş naziri Ənvər İbrahimin köməyi ilə bu axşamdan etibarən atəşkəs elan etmək və mənimlə onlar arasında bağlanmış ilkin sülh razılaşmasına qayıtmaq barədə razılığa gəliblər".
Aytən Yaşar/ Turkustan.az