Suriyanın cənubundakı Dəra əyalətində toyda baş verən partlayış nəticəsində uşaqlar da daxil olmaqla 33 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, Suriya dövlət xəbər agentliyi SANA, Suriyanın cənubundakı Dəra əyalətinin Abidin kəndində toy mərasimi zamanı partlayış baş verdiyini bildirib.
Xəbərdə toy zamanı aralarında uşaqlar da olmaqla 33 nəfərin yaralandığı bildirilir.
Deraa Milli Xəstəxanasının direktoru Dr. Nizar Reşdan bildirib ki, partlayışdan sonra yaralılar təcili yardım maşını ilə xəstəxanaya gətirilib.
Aytən Yaşar/ Turkustan.az