Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümü və BMT Baş Assambleyası tərəfindən 2025-ci ilin “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” elan edilməsi münasibətilə təşkil olunan “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”nda iştirak etmək üçün Prezident Rəcəb Tayyib Ərdoğan Aşqabadda səfərdədir.
Turkustan.az xəbər verir ki, prezident Forum çərçivəsində bir sıra görüşlər keçirib.
Bu görüşlərdən biri Rusiya, Pakistan və Türkmənistan liderlərinin iştirakı ilə keçirilən mini-zirvə olub. Ərdoğan Rusiya Prezidenti Vladimir Putin, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov və Pakistanın Baş naziri Şahbaz Şəriflə bir araya gəlib. Görüş zamanı çəkilən foto sosial mediada və mediada diqqət çəkib.
Fotoda Ərdoğan, Putin və Berdimuhammedovun yan-yana bir stulda oturduqları, Şərifin isə ayrıca bir stulda tək əyləşdiyi görünür. Bu oturma düzülüşünün səbəbi müxtəlif ehtimallara yol açsa da, Rusiyanın RT xəbər agentliyi iddialı bir məlumat yayıb.
RT-nin xəbərinə görə, Pakistanın Baş naziri Şahbaz Şərif Putinlə görüşmək üçün 40 dəqiqə gözləsə də, Putin gəlməyib. Bundan sonra Şərifin Ərdoğan, Putin və Berdimuhammedov arasında keçirilən görüşə icazəsiz daxil olduğu iddia edilib.
Aytən Yaşar/ Turkustan.az