Ağ Evdə keçirilən imzalanma mərasimindən sonra ABŞ Prezidenti Tramp jurnalistlərin cari hadisələrlə bağlı suallarını cavablandırıb.
Turkustan.az xəbər verir ki, ABŞ ordusu tərəfindən Venesuela sahillərində ələ keçirilən neft tankeri ilə bağlı suala cavab olaraq Tramp bildirib ki, söhbət təkcə narkotik qaçaqmalçılığının qarşısını almaqdan getmir.
ABŞ prezidenti neft tankerinin ələ keçirilməsinin "sanksiyalarla" əlaqəli olduğunu eyham edərək dedi: "Bu, bir çox şeylə bağlıdır. Bu səbəblərdən biri də milyonlarla insanın ölkəmizə girməsinə icazə vermələridir".
Tramp deyib: "Venesueladan narkotik qaçaqmalçılığına baxsanız, dəniz yolu ilə narkotik qaçaqmalçılığı 92 faiz azalıb. İndi biz qurudan da hücumlara başlayacağıq. Bu, çox tezliklə qurudan başlayacaq", lakin təfərrüatlar barədə məlumat verməyib.
Aytən Yaşar/ Turkustan.az