Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Qəzzada baş verən ağır humanitar böhranı aradan qaldırmaq üçün yeni bir addım atıb.
Turkustan.az xəbər verir ki, İsraildən humanitar yardıma tam giriş imkanı verməsini və BMT-nin əməliyyatlarına mane olmağı dayandırmasını tələb edən qətnamə böyük səs çoxluğu ilə qəbul edilib. 139 ölkənin dəstəklədiyi qətnamə bir daha beynəlxalq ictimaiyyətin Qəzzada vəziyyətlə bağlı artan narahatlığını nümayiş etdirir.
Qərarda işğal olunmuş Fələstin ərazilərində, xüsusən də Qəzza zolağında ağır humanitar vəziyyət qeyd edilərək, vəziyyətlə bağlı "dərin narahatlıq" ifadə edilib. Qərarda həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) 2 oktyabr 2025-ci il tarixli məsləhət rəyi alqışlanıb.
Aytən Yaşar/ Turkustan.az