Venesuela: ABŞ Karib dənizində müharibəyə başlamaq istəyir


Venesuela müdafiə naziri Vladimir Padrino Lopes ABŞ-ın Latın Amerikası və Karib dənizində müharibə başlatmağı hədəflədiyini və bölgədə gərginliyi qəsdən artırdığını bildirib.

Turkustan.az xəbər verir ki, Hava və Kosmik Müdafiə Komandanlığının 47-ci ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edən Lopez ABŞ-ın Karib dənizində hərbi gücünü tənqid edib.

Lopez bildirib ki, "Amerika xalqı hökumətinin bir vasitə kimi istifadə edildiyini başa düşməlidir. ABŞ-ın məqsədi Latın Amerikasında və Karib dənizində müharibələrə başlamaqdır".

Lopez ABŞ ilə potensial müharibənin nəticələrinin dağıdıcı olacağı barədə xəbərdarlıq etdi və aşağıdakıları qeyd etdi:

"Amerika xalqı sülh, sağlam düşüncə və problemlərin müharibə yolu ilə deyil, dialoq və siyasət yolu ilə həll edilməli olduğu çağırışını eşitməlidir. Bizi qorxutmaq cəhdlərini diqqətlə izləyirik. Amma böyük təvazökarlıqla deyirik ki, onlar bizim haqqımızda səhv hesablamamalıdırlar. Biz bu ölkəni müdafiə etməyə hazırıq."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ