Kirkin qətlində şübhəli bilinən şəxs ilk dəfə məhkəmə qarşısına çıxdı


10 sentyabrda ABŞ-da baş verən atışmada öldürülən respublikaçı fəal Çarli Kirkin qətlində şübhəli bilinən 22 yaşlı Tayler Robinson ilk dəfə məhkəmə qarşısına çıxıb.

Turkustan.az xəbər verir ki, Amerika mətbuatında yer alan xəbərlərə görə, mətbuat üçün yarı açıq olan məhkəmə iclasında ilk dəfə hakim qarşısına çıxan Robinson, ona qarşı irəli sürülən ittihamları nə qəbul edib, nə də təkzib edib.

Dinləmə əsasən işin şəffaflığı və ictimaiyyətin ona çıxışı məsələsinə yönəlib.

İttihamlar üzrə ilkin dinləmələrin 18 may 2026-cı ildə başlaması gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ