Yermakın ofisində əcaib əşyalar tapıldı


Ukraynada Andriy Yermakın ofisində aparılan axtarış zamanı külli miqdarda gizli əşyalar aşkar edilib.

Turkustan.az xəbər verir ki, bu barədə Zelenskiyə yaxın ukraynalı bloqçu İqor Laçenkov öz "Telegram" kanalında məlumat yayıb.

Ofisdə vudu kuklası, çoxlu güzgü, ritual əşyalar, qəribə ikona və bilərziklər tapılıb.

Laçenkov qeyd edib ki, Yermak “taro, numerologiya, astrologiya və qara magiya həvəskarıdır”.

Bloqçunun sözlərinə görə, bu, zarafat deyil: “hamı şokda idi”, çünki bu cür tapıntılar əvvəllər heç vaxt görülməyib.

Daha əvvəl Ukraynanın “Zerkalo Nedeli” nəşri öz mənbələrinə istinadən xəbər vermişdi ki, Yermak Ukrayna Xarici Kəşfiyyat Xidmətinə (SVRU) baş çəkib, jurnalistlərin fikrincə, onn sərhədi keçməsi ilə bağlı sənədlər hazırlanıb./yenisabah


MANŞET XƏBƏRLƏRİ