“Azərbaycanda bütün istiqamətlərdə olduğu kimi qadın hüquqları da ən yüksək səviyyədə qorunur, onlara tariximiz, adət-ənənələrimiz, keçmişdən bizlərə miras qalan mili-mənəvi dəyərlər prizmasından yanaşaraq böyük ehtiram göstərilir. Bu gün Azərbaycan qadınları ölkəmizin bütün sahələrində əzmlə, məzuliyyətlə və inamla çalışırlar”.
Bunları “Azrəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” ictimai birliyinin sədri Susana Məmmədova 5 dekabr Qadın Hüquqları Günü ilə bağlı fikirlərini bölüşərkən deyib. O bildirib ki, Şərqdə qadınlara ilk dəfə seçmək və seçilmək hüququ da məhz Azərbaycanda verilib:
“Bu gün də qadınlarımız bu hüquqlardan ən yüksək səviyyədə yararlanır, seçkili orqanlarda namizədliklərini irəli sürərək parlamentə, eyni zamanda yerli idarəetmə orqanları olan bələdiyyələrə seçilirlər. Eyni zamanda müxtəlif dövlət qurumlarında çalışan kifayət qədər qadınlarımız var. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda qadınlara ən yüksək diqqət və qayğı göstərilir, onlara öz potensiallarını nümayiş etdirmək üçün hər bir şərait yaradılır”.