ABŞ-ın Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli üçün Rusiya prezidenti Putin və Ukrayna prezidenti Zelenski ilə təmasları Avropada və Ukraynada inamsızlıq yaradır.
Turkustan.az xəbər verir ki, Alman mediası Fransa prezidenti Makron və Almaniya kansleri Merz arasında qeydə alınmış telefon danışığının əldə edildiyini iddia edib və orada "söhbətdə ABŞ-ın Ukraynaya xəyanət etməsi ehtimalı ilə bağlı müzakirələrin aparıldığını" iddia ediblər. Avropalı siyasətçilər də Trampın müzakirəçilərini “bizi aldadırlar, ikili oyunlar oynayırlar” kimi qiymətləndiriblər. Bu xəbərdən sonra Makron heç bir etimadsızlıq olmadığını və ABŞ-ın Ukraynaya dəstəyinin həyati əhəmiyyət daşıdığını bəyan edib.
Almaniyanın “Spiegel” jurnalı Fransa prezidenti Makronla Almaniya kansleri Merz arasında gizli telefon danışığının stenoqramını dərc edib ki, bu da Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün aparılan sülh danışıqlarına ciddi şübhələr ifadə etdiyini göstərir.
Avropalıların telefon danışığında Makro və Merzdən başqa, NATO lideri Rutte, Finlandiya prezidenti Stubb, Polşanın baş naziri Donald Tusk, İtaliyanın baş naziri Giorgia Meloni, Danimarkanın baş naziri Mette Frederiksen, Norveçin baş naziri Jonas Qahr Stör, AB Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının sədri Antonio da iştirak edib.
Hesabata görə, Avropa liderləri Tramp administrasiyasına dərin etimadsızlıq nümayiş etdirirlər.
Aytən Yaşar/ Turkustan.az