NATO-da gərginlik: ABŞ Avropaya vaxt qoydu


ABŞ Avropa ölkələrinə xəbərdarlıq edərək bildirib ki, əgər 2027-ci ilə qədər təhlükəsizlik xərclərinin daha böyük hissəsini öz üzərlərinə götürməsələr, Vaşinqton NATO-nun müdafiə koordinasiya mexanizmlərində iştirakını azalda bilər.

Turkustan.az bildirir ki, bu barədə Reuters diplomatik mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ-ın mesajı Vaşinqtonda Avropa diplomatları ilə keçirilən görüş zamanı çatdırılıb. Görüşdə Pentaqonun NATO ilə əməkdaşlığa cavabdeh rəsmiləri Avropanın müdafiə potensialının gücləndirilməsi istiqamətində indiki tempi müzakirə ediblər.

Amerika tərəfi Avropa ölkələrinin müdafiə öhdəliklərini yerinə yetirməsində irəliləyişin kifayət qədər sürətli olmadığını bildirib və prosesin təcili şəkildə sürətləndirilməsini tələb edib. Mənbələr qeyd edir ki, əgər Avropa müttəfiqləri 2027-ci ilə qədər tələbləri yerinə yetirməsələr, ABŞ alyans daxilində bir sıra koordinasiya mexanizmlərindən qismən çıxma variantını nəzərdən keçirə bilər. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ