ABŞ-dan Avropaya sərt mesaj: “2027-yə qədər öhdəliyinizi artırın!”


Avropa ölkələri Ukrayna müharibəsindən sonra təhlükəsizlik siyasətlərini yeniləyərkən ABŞ prezidenti Donald Tramp NATO üzvlərindən müdafiə xərclərini artırmağı tələb edib.

Turkustan.az xəbər verir ki, Trampın açıqlamalarından sonra 2025-ci ildə NATO-nun Zirvə toplantısında üzv ölkələrin müdafiə xərclərini 2035-ci ilə qədər ümumi milli məhsulun 5 faizinə çatdıracaqları barədə razılıq əldə olunub.

Reuters-in məlumatına görə, Avropadan əlavə addımlar gözləyən ABŞ Avropadan NATO-nun adi müdafiə öhdəliklərinin böyük hissəsini öz üzərinə götürməsini xahiş edib. Bu mesaj Pentaqon rəsmiləri və Avropa nümayəndə heyətlərinin iştirak etdiyi toplantıda verilib.

ABŞ tərəfi sözügedən dəyişiklik üçün son tarix kimi 2027-ci il müəyyən etsə də, bəzi Avropa rəsmiləri bu hədəfi qeyri-real hesab ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ