ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin nizamlanmasının “növbədə” olduğunu bəyan edib.
Turkustan.az xəbər verir ki, o, bu sözləri 2026-cı il futbol üzrə dünya çempionatının püşkatma mərasimində çıxışı zamanı deyib.
O Birləşmiş Ştatların cəlb olunduğu münaqişələrə toxunaraq bildirib:
“Mən səkkiz müharibəni bitirdim və növbədə doqquzuncusudur”.
Qeyd edək ki, DÇ-2026-nın püşkatma mərasimindən öncə Ağ Ev rəhbərinə FIFA Sülh Mükafatı təqdim olunub. /bakivaxti.az/