ABŞ səfiri Tom Barak: “Türkiyə ilə danışıqlar 4-6 aya həll olunacaq”


ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak ABŞ və Türkiyə arasında davam edən danışıqlar haqqında, "İnanıram ki, bu məsələlər yaxın 4-6 ay ərzində həll olunacaq. Bu əlaqələr möhkəm və yaxşıdır".

Turkustan.az xəbər verir ki, Barak Birləşmiş Ərəb Əmirliklərində Milken İnstitutunun təşkil etdiyi konfransda gündəmi dəyərləndirib.

Tramp və prezident Rəcəb Tayyib Ərdoğan arasındakı “dostluğu” xatırladan Barak iki liderin bu bağı “fövqəladə bir əlaqə” ilə qurduğunu söylədi.

“Biz həmişə deyirik ki, Türkiyə AB-dən sonra ən böyük NATO müttəfiqimizdir və elə də belədir” deyən Barak buna baxmayaraq Ankaranın Avropadan “çox hörmət qazanmadığını” və Avropa Birliyinə qəbul olunmaq istəmədiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ