ABŞ Prezidenti Donald Tramp DÇ-2026-nin püşkatma mərasimindən əvvəl FİFA Sülh Mükafatını alıb.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Mükafatı Trampa FİFA prezidenti Canni İnfantino təqdim edib.
Bildirilib ki, Tramp bu gün paytaxt Vaşinqtonda keçirilən tədbir zamanı çıxış edib.
Qeyd edək ki, dünya çempionatı 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Mundial 11 iyun - 19 iyulda keçiriləcək.
FİFA Sülh Mükafatı noyabrda təsis edilib. Tramp mükafatın ilk sahibi olub. /axar.az/