Macarıstanın baş naziri Viktor Orban "AB korrupsiya içində boğulur" deyərək Avropa İttifaqını tənqid edib.
Turkustan.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban, Avropa İttifaqı (Aİ) Komissiyası və Avropa Parlamentinin (AP) qalmaqallardan sarsıldığını bəyan edərək, "AB korrupsiya içində boğulur" dedi.
Orban ABŞ-da yerləşən X şirkətinin sosial media hesabından Aİ daxilində korrupsiya qalmaqalları ilə bağlı açıqlama verib.
AB Komissiyası və Avropa Parlamentinin qalmaqallarla sarsıldığını, lakin Brüsselin hələ də "mənəvi üstünlüyünü" müdafiə etdiyini bildirən Orban, "AB korrupsiya içində boğulur. AB Ukraynadakı korrupsiyanı pisləməlidir, amma eyni hekayə yenə təkrarlanır: Brüssel və Kiyev həqiqətlə üz-üzə gəlmək əvəzinə bir-birini qoruyur".
Aİ-nin Baş Prokurorluğu dekabrın 2-də Aİ tərəfindən maliyyələşdirilən gənc diplomatlar üçün təlim proqramı üzrə tenderdə korrupsiya faktları ilə bağlı aparılan araşdırmalar çərçivəsində Avropa Kolleci və Aİ Xarici Əlaqələr Xidmətinin (EEAS) binalarında axtarışlar aparıldığını və 3 nəfərin saxlanıldığını açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az