“İran xalqının səbri sonsuz deyil”.
Turkustan.az xəbər verir ki, bunu İranın Ali dini rəhbəri Əli Xameninin müşaviri Əli Əkbər Vilayəti Körfəz Əməkdaşlıq Şurasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) üç ada üzərində suverenliyini müdafiə edən bəyanatına istinadla deyib.
Vilayəti Körfəz Əməkdaşlıq Şurasının bəyanatını “İran adaları ilə bağlı mənasız iddia” adlandırıb:
“Bu iddialar müstəmləkəçi ölkələrlə əməkdaşlıq çərçivəsində irəli sürülür? Əmirliklərdən soruşmaq lazımdır ki, Yəməndə nə edirdiniz? Bab əl-Məndəb boğazına sahib olmaqda maraqlısınız? Niyə Sokotra adasını işğal etdiniz və bu addımın Amerikanın dənizdəki məqsədləri ilə bir əlaqəsi var idimi? İndi bu ada və hətta Hörmüz boğazı üzərində də mülkiyyət iddianız varmı?”
Xameneinin müşaviri əlavə edib ki, BƏƏ-nin “əsassız iddialarına” dəstək vermək regionun təhlükəsizliyinə fayda verməyəcək, əksinə İranla bu şura arasında gərginliyə səbəb olacaq.
Xatırladaq ki, Körfəz Əməkdaşlıq Şurasının üzvləri dekabrın 3-də Bəhreyndə keçirilən iclasın yekununda BƏƏ-nin Bəsrə körfəzində yerləşən Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adları üzərində suverenliyini tanıyan bəyanat imzalayıb.
İran və BƏƏ uzun illərdir Hörmüz boğazına yaxınlığı və regiondakı neft potensialına görə strateji mövqedə olan üç ada üzərində mübahisə edir. Adalar 1971-ci ilə qədər İngiltərənin nəzarətində olub. 1971-ci ilin noyabrında İngiltərə adaları BƏƏ-yə təhvil verərək geri çəkildikdən sonra İran əraziləri ələ keçirib. BƏƏ adalarda hərbi qüvvələrini yerləşdirən İranı işğalçı adlandırır./teleqraf