ABŞ Sakit Okeanın şərqində narkotik yüklü gəmini vurdu


ABŞ-ın Cənub Teatr Komandanlığı (SOUTHCOM) Sakit Okeanın şərqində narkotik daşıdığı iddia edilən qayığın toqquşması nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb.

Turkustan.az xəbər verir ki, SOUTHCOM sosial media platformasında Sakit okeanın şərqində narkotik daşıdığı iddia edilən qayığın vurulması anının görüntülərini paylaşıb.

Komandanlıq öz paylaşımında ABŞ-ın müdafiə naziri Pit Heqsetin göstərişi ilə həyata keçirilən hücumda qayıqda olan 4 nəfərin həlak olduğunu və qayığın ABŞ-ın “terror təşkilatı” olaraq təyin etdiyi qrup üçün fəaliyyət göstərdiyini iddia edib.

Yazıda qayığın Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyi və kəşfiyyat bölmələrinin onun qanunsuz narkotik daşıdığını təsdiqlədiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ