Ölkənin paytaxtı həyəcan səsləri ilə çökdü! Göydələni pilotsuz təyyarə vurdu


Çeçenistanın paytaxtı Qroznıda yerləşən Qroznı şəhərinin göydələni dünən gecə saatlarında pilotsuz təyyarənin hücumuna məruz qalıb.

Turkustan.az xəbər verir ki, güclü partlayış səsləri şəhərdə çaxnaşma yaradıb və hadisə ilə bağlı ilk xəbərlər Rusiyanın yerli KİV-lərindən gəlib.

Astra Telegram kanalının məlumatına görə, hücuma məruz qalan çoxmərtəbəli ofis binasında Çeçenistan Təhlükəsizlik Şurası, Hesablama Məhkəməsi və Seçki Komissiyası yerləşib. Sosial şəbəkələrdə yayılan görüntülərdə binanın bəzi mərtəbələrində şüşələrin tamamilə sındığı və çöl hissəsinə ciddi ziyan dəydiyi görünür. Çeçenistan hökuməti hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib, lakin bölgədəki müxalifət nəşrləri də hücumu təsdiqləyən yazılar dərc ediblər.

Hücumdan sonra Qroznı aeroportu, Beslan və Maqas hava limanları ilə birlikdə potensial dron təhlükəsi səbəbindən uçuşlara müvəqqəti bağlanıb. Həmin gecə Rusiyanın digər bölgələrində də çoxsaylı dron hücumları qeydə alınıb. Krasnodar bölgəsindəki Temryuk limanının hədəf alındığı və hücumdan sonra yanacaq çənlərində yanğının başladığı bildirilir.

Sızran meri Sergey Volodçenkov şəhərin də pilotsuz təyyarənin hücumuna məruz qaldığını açıqlayıb. Yerli Telegram kanalları ərazidə beş-yeddi ardıcıl partlayışın eşidildiyini, ardınca isə atışmaların olduğunu bildirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ