Türkiyə altı ay ərzində Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərindən imtina edəcək ki, Vaşinqton F-35 qırıcı təyyarələrini almağa icazə versin.
Turkustan.az xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak deyib.
Onun sözlərinə görə, altı il əvvəl Moskva tərəfindən tədarük edilən sistemlər Türkiyə tərəfindən istifadə olunmur, lakin onların mövcudluğu hələ də Ankara ilə Vaşinqton arasındakı münasibətlərdə problemlər yaradır.
“Əminəm ki, bu məsələlər yaxın dörd-altı ay ərzində həll olunacaq”. /axar.az/