Rusiya Donetski nə vaxt tam tutacaq? – Tarix verildi


“Rusiya indiki sürətlərlə Donetsk vilayətinin sərhədinə ən yaxşı halda 2027-ci ildən gec çatacaq”.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

İnstitutun analitikləri hesab edir ki, Rusiyanın qələbəsi qaçılmaz deyil.

“Qoşunların faktiki irəliləyiş sürəti göstərir ki, Kremlin bəyanatlarına baxmayaraq, bütün Donetsk vilayətini tez bir zamanda ələ keçirmək ehtimalı azdır”, – məlumatda qeyd edilib.

Ekspertlər Rusiyanın buna yaxın 2 il ərzində nail ola bilməyəcəyini ehtimal edirlər./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ