Roma Papası Türkiyəyə gəlir: Ərdoğanla görüşəcək


Prezident Rəcəb Tayyib Ərdoğan vəzifəyə gəldikdən sonra ilk beynəlxalq səfərini Türkiyəyə edəcək Roma Papası XIV Leo ilə keçirəcək.

Turkustan.az xəbər verir ki, səfər çərçivəsində Papa XIV Leo İsrailin Fələstində davam edən soyqırımını, Yaxın Şərqdə sülhün bərqərar olması məsələlərini, həmçinin cari regional və qlobal prosesləri müzakirə edəcək.

Papa XIV Leo noyabrın 27–30-da Ankara, İstanbul və Nikeyada müxtəlif görüşlər keçirəcək. Türkiyəyə səfər edəcək beşinci Papa olacaq Papa XIV Leo ilk olaraq Ankarada Anıtkabiri ziyarət edəcək.

Daha sonra Papa XIV Leo Prezident Külliyəsində Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanacaq. Prezident Ərdoğan və Roma Papası XIV Leo arasında keçiriləcək təkbətək görüşdə Türkiyə–Vatikan münasibətləri, xüsusilə Fələstin məsələsi başda olmaqla, aktual regional və qlobal hadisələr müzakirə olunacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ