Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.
Turkustan.az xəbər verir ki, o bildirib:
"Türkiyə ilə əlaqələr dinamik və müsbət inkişaf edir. Münasibətlərimizdəki potensial tükənməyib. Türkiyə ilə əlaqələrdə həyata keçirəcəyimiz məsələləri yenicə həyata keçirməyə başlayırıq".
Ryabkov paytaxt Moskvada keçirdiyi mətbuat konfransında cari məsələləri dəyərləndirib.
Türkiyə ilə siyasi dialoqun məhsuldar keçdiyini bildirən Ryabkov: "Bütün dövlət qurumlarımız qarşılıqlı fəaliyyətdədir. Liderlərimiz dialoq aparır. Münasibətlərimizdə potensial tükənməyib. Türkiyə ilə münasibətlərdə həyata keçirəcəyimiz məsələləri yenicə həyata keçirməyə başlayırıq" dedi.
Aytən Yaşar/ Turkustan.az