Bakıda Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilir.
Turkustan.az xəbər verir ki, iclas çərçivəsində TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti müzakirə olunacaq və sənədin 2026-cı il üçün uyğunlaşdırılaraq yenilənməsi gözlənilir.
Bununla yanaşı, TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının yekun sənədi olan Kommünike layihəsi ətrafında fikir mübadiləsi aparılacaq.
Həmçinin, növbəti toplantının keçirilmə yeri və tarixlərinə dair təqdim olunan təkliflər haqqında danışılacaq.





APA /