Sosial şəbəkələrdə açıq-saçıq reklam çəkdirənlər cəzalanacaq – VİDEO


Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik və qeyri-etik paylaşım edənlər cərimələnəcəklər.

Turkustan.az xəbər verir ki, bu, Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Yeni qanun layihəsi sosial şəbəkələrdə davranış qaydalarının sərtləşdirilməsi və onlayn mühitdə mənəvi dəyərlərin qorunması məqsədi daşıyır.

Sosioloq Üzeyir Şəfiyev bildirib ki, bəzi istifadəçilər sosial şəbəkələrdə əxlaqsızlığı və yüngül həyat tərzini təbliğ edirlər ki, bu da cəmiyyətin haqlı narahatlığına səbəb olur:

"Sosial şəbəkələrdə filtr və süzgəc sistemləri tətbiq olunmalıdır ki, hüquqa və mənəviyyata zidd məzmunlar cəmiyyətə keçməsin".

Vəkil Mircavid Miriyev isə qeyd edib ki, təklif olunan dəyişikliklərə əsasən, sosial şəbəkələrdə qeyri-etik sözlərdən, jarqon ifadələrdən, əxlaq normalarına zidd jest və görüntülərdən istifadə edən şəxslərə 500-1000 manat məbləğində cərimə tətbiq olunacaq.

Hüquqşünas əlavə edib ki, bəzi hallarda cərimə tədbirləri kifayət etmədiyi təqdirdə pozuntu törədən şəxs barəsində 30 günədək inzibati həbs də nəzərdə tutulur.

Daha ətraflı Baku TV-nin süjetində:


MANŞET XƏBƏRLƏRİ