Ağ Ev yaxınlığındakı hücumdan sonra əfqanlara qapılar bağlandı


Ağ Ev yaxınlığında iki Milli Qvardiyanın əsgərinin güllələndiyi hücumdan sonra ABŞ əfqanlar üçün bütün immiqrasiya prosesini dayandırıb.

Turkustan.az xəbər verir ki, prezident Tramp hücumda şübhəli bilinən şəxsin 2021-ci ildə Əfqanıstandan gəldiyini elan etdikdən sonra ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti Əfqanıstan vətəndaşları üçün bütün emalların dayandırıldığını açıqladı.
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) hücumdan sonra yazılı açıqlama yayıb.

Bəyanatda deyilir ki, Əfqanıstan vətəndaşları ilə bağlı immiqrasiya sorğularının işlənməsindən tutmuş təhlükəsizlik və yoxlama protokollarının əlavə nəzərdən keçirilməsinə qədər bütün proseslər “dərhal təsirli” olaraq dayandırılıb.

Vurğulanıb ki, USCIS-in yeganə diqqət mərkəzində və missiyası ABŞ xalqının təhlükəsizliyi və qorunmasıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ