Türk hərbçiləri Ukraynaya göndərilir? – MN məlumat yaydı


“Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi atəşkəs təmin edildikdən sonra həll edilməlidir”.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“İlk növbədə Rusiya ilə Ukrayna arasında atəşkəs əldə edilməlidir. Bundan sonra missiyanın çərçivəsi müəyyən edilə bilər”, – qeyd olunub.

Məlumata görə, missiya aydın şəkildə təsvir edilməli, onun həyata keçirilməsində hər bir ölkənin töhfəsi müəyyənləşdirilməlidir.

Türkiyə Silahlı Qüvvələrinin regionda təhlükəsizliyi və sabitliyi təmin edəcək istənilən təşəbbüsə töhfə verməyə hazır olduğu da açıqlanıb.

Qeyd edək ki, son günlər Türkiyə hərbçilərinin Ukraynada sülhməralı missiyada yer alacağı haqda xəbərlər yayılıb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ