Ryabkov: Vitkoffun səfəri ilə bağlı dəqiq tarix bəlli deyil


Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini proqramın bundan asılı olaraq hazırlanacağına aydınlıq gətirib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidentinin elçisi Stiven Vitkoffun Moskvaya səfəri üçün hələ dəqiq tarix yoxdur, lakin qrafik buna əsasən müəyyən ediləcək.

Bu barədə TASS-a Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov müvafiq suala cavab olaraq bildirib.

"Başa düşdüyüm qədər, hələlik konkret tarix yoxdur. Proqram buna əsasən hazırlanacaq", - o deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ