Dəhşətli yanğında ölənlərin sayı 55-ə çatdı: Yanğın davam edir


Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsinin Tai Po rayonunda səkkiz mənzildən ibarət kompleksdə ötən gün baş verən yanğında ölənlərin sayı 55-ə çatıb.

Turkustan.az xəbər verir ki, Honq Konq Yanğınsöndürmə İdarəsinin rəsmiləri hadisə yerində keçirdiyi mətbuat konfransında ölən və yaralananların sayının artdığını bildiriblər.

Yanğın zamanı indiyədək biri yanğınsöndürən də daxil olmaqla 55 nəfər həlak olub. Xəstəxanaya çatdırılan 76 yaralıdan 28-nin vəziyyətinin ağır, 15 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

1900-dən çox mənzilin yerləşdiyi Vanq Fuk Sahəsində dünən günortadan sonra başlayan yanğın, təmir üçün binaların çöl hissəsində quraşdırılmış bambuk iskele və yanar izolyasiya materialları səbəbindən sürətlə yayılıb.

Təxminən 4000 nəfərin yaşadığı təxmin edilən yaşayış kompleksində baş verən 7 yanğından 3-ü nəzarət altına alınıb və yanğınsöndürənlər 24 saatdan artıqdır ki, yanğını söndürürlər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ