Dəkkə və Tokionu keçdi: Planetin ən çox əhalisi olan şəhəri oldu


Birləşmiş Millətlər Təşkilatı (BMT) İndoneziyanın paytaxtı Cakartanın Tokionu geridə qoyaraq 42 milyon əhalisi ilə dünyanın ən sıx şəhəri olduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Əhali Bölməsi 2025-ci il Dünya Urbanizasiya Perspektivləri hesabatını açıqlayıb.

Hesabatda Cakarta əhalisinin sayı 42 milyon, ikinci yerdə 37 milyon nəfərlə Banqladeşin paytaxtı Dəkkə gəlir. BMT-nin 2018-ci il hesabatında birinci yerdə olan Tokio 33 milyon əhalisi ilə üçüncü yerə geriləyib.

Hesabatda 1950-ci ildə dünya əhalisinin yalnız 20 faizinin şəhərlərdə yaşadığı, bu gün isə bu nisbətin 50 faizə yaxın olduğu qeyd edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ