Ərdoğan Rusiya və Ukraynaya görə təhlükəsizlik şurasını topladı


Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Turkustanı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Qeyd olunub ki, iclasda Rusiya-Ukrayna münaqişəsi müzakirə edilib. Müharibənin daha da şiddətlənəcəyi halda diplomatik həll yollarının vacib əhəmiyyət kəsb edəcəyi vurğulanıb.

Bundan əlavə, iclasda Azərbaycan və Ermənistan arasında aparılan sülh prosesi, ikitərəfli və regional əməkdaşlıq imkanları gündəmdə olub. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ