İsrailin müdafiə naziri Yisrael Katz onların təhlükəsizliyinə zəmanət verilmədikcə “Beyrutda sülh, Livanda nizam və sabitlik olmayacaq” deyə hədələyib.
Turkustan.az xəbər verir ki, Nazir Katz İsrail parlamentindəki çıxışında 27 noyabrda əldə edilmiş atəşkəs razılaşmasını pozaraq Livana həyata keçirdikləri hücumlardan danışıb.
Katz, "İsrail Dövlətinin təhlükəsizliyi təmin edilmədikcə Beyrutda sülh, Livanda nizam və sabitlik olmayacaq" deyərək hücumların davam edəcəyi ilə hədələyib.
Livana hücumları Hizbullahı məhv etmək məqsədi ilə həyata keçirdiklərini iddia edən Katz, “Maksimum sanksiyalar davam edəcək, hətta şiddətlənəcək” deyib.
Aytən Yaşar/ Turkustan.az