İrəvanda həyəcan elan edildi: Şəhərdə nəfəs almayın!


Ermənistan paytaxtında hava çirkliliyinin ən yüksək səviyyəyə qalxması narahatlıqlara səbəb olub.

Turkustan.az xəbər verir ki, bəzi erməni mütəxəssislər hazırda İrəvandakı havanın “dünyanın ən çirklilərindən biri” olduğunu iddia ediblər və açıq havada gəzməkdən, nəfəs almaqdan çəkinməyə çağırıblar.

İrəvan meriyası da məsələyə reaksiya verib. Bildirib ki, son günlər İrəvanda havanın yüksək səviyyədə çirklənməsi ilə bağlı müxtəlif narahatlıqlar var:

“Qeyd etmək lazımdır ki, çirklənmə təkcə İrəvan şəhəri üçün deyil, həm də İrəvana bitişik Ararat, Armavir, Araqatsotn vilayətləri və ona bitişik rayonlar üçün xarakterikdir.

Bu regionda havanın çirklənməsi mövsümi xarakter daşıyır və əsasən coğrafi amillərlə bağlıdır.

Bu təbii proseslər dövri xarakter daşıyır və hər il müxtəlif intensivliklə təkrarlanır. Bu amillərin təsiri altında inversiya rejimi formalaşır, hava mübadiləsi demək olar ki, dayanır ki, bu da havanın çirklənməsinin davamlı olaraq toplanmasına səbəb olur.

Buraya ilin bu mövsümündə isinmə, yanğınlar və yanma nəticəsində havada müxtəlif qazların, üzvi tozların, tüstünün artması qeydə alınır ki, bu da ventilyasiya olmadıqda vəziyyəti daha da gərginləşdirir.

Bölgədə havanın çirklənməsinin azalması şimaldan siklon hava kütlələrinin daxil olması nəticəsində yaranan hava inversiya qatının parçalanması nəticəsində baş verəcək”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ