12 min ildən sonra püskürdü: Uçuşlar ləğv edildi


Efiopiyanın Afar bölgəsindəki Hayli Qubbi vulkanında son 12 min ildə qeydə alınan ilk püskürmə müşahidə edilib.

Turkustan.az xəbər verir ki, püskürmə bölgədə bəzi reysləri ləğv etməyə məcbur edib.

Tuluza Vulkanik Kül Xəbərdarlıq Mərkəzi (VAAC) tərəfindən edilən açıqlamada Efiopiyanın şimalındakı Afar bölgəsindəki Hayli Qubbi vulkanının aktivləşdiyi bildirilib.

Yerli rəsmilər Associated Press-ə (AP) bildiriblər ki, heç bir itki yoxdur, lakin partlayışın heyvandarlıq üçün iqtisadi nəticələri ola bilər.

Səlahiyyətlilər vulkanın "əvvəllər heç bir püskürmə qeydə alınmadığını" bildirərək, bir çox kəndin külə büründüyünü və bunun nəticəsində sakinlərin dolanışıqlarından narahat olduqlarını bildiriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ