İsraildə bəzi komandirlər işdən çıxarıldı


İsrail Baş Qərargah rəisi Eyal Zamir 2023-cü il oktyabrın 7-də Həmas-ın Əl-Əqsa daşqını əməliyyatı zamanı uğursuzluğa düçar olduqları üçün istefalarına baxmayaraq bir neçə komandiri vəzifəsindən azad edib.

Turkustan.az xəbər verir ki, işdən çıxarılan fəal komandirlər də ehtiyat qüvvələrdə xidmət edə bilməyəcəklər.

“Haaretz” qəzetinin yazdığına görə, Baş Qərargah rəisi Zamir, oktyabrın 7-də baş verən uğursuzluqla bağlı ordunun araşdırmasından sonra daha əvvəl istefa vermiş bəzi komandirlərin işdən çıxarıldığını rəsmən açıqlayıb.

Zamir ordunun şəxsi heyəti, o cümlədən istefa vermiş yüksək rütbəli komandirlərlə görüş keçirib.

Zamirin komandirləri istefaya göndərməsi əsasən simvolik addım kimi qiymətləndirilir, çünki onlar əvvəllər istefa vermişdilər. Lakin onların ordudan getmə səbəbi hərbi qeydlərində istefadan qovulmağa dəyişdirilib.

İşdən çıxarılan komandirlərin ehtiyatda olan qüvvələrdə xidmət edə bilməyəcəyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ