Venesuela ABŞ-a reaksiya verdi: Bu hücum üçün bəhanədir!


Venesuela ABŞ-ın “Kartel de los Soles”i (Günəşlər Karteli) terror təşkilatı kimi tanımasını ölkəyə müdaxilə üçün bəhanə yaratmaq cəhdi kimi qiymətləndirib.

Turkustan.az xəbər verir ki, Venesuela Xarici İşlər Nazirliyinin internet saytında dərc edilən açıqlamada Karakas rəhbərliyinin “Cartel de los Soles” adlı təşkilatın varlığını inkar etdiyi və “ABŞ-ın bu böhtanının pis niyyətli bir yalan və ölkəyə qanunsuz müdaxiləni qanuniləşdirmə cəhdi olduğu” bildirilib.

Bəyanatda ABŞ-ın Venesuelada “rejim dəyişikliyinə” yönəlmiş klassik planlar həyata keçirməkdə günahlandırıldığı və Venesuela hökumətinin bu cür böhtanlara cavab verməsinin lazımsız vaxt itkisinə səbəb olduğu vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ