Zelenski: Putin suverenlik prinsiplərini pozur


Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Moskvanın Ukraynada Rusiya tərəfindən işğal olunmuş ərazilərin hüquqi tanınmasına çalışması “təhlükəli”dir.

Turkustan.az xəbər verir ki, Ukrayna Prezidentliyindən verilən yazılı açıqlamaya görə, Zelenski İsveçin paytaxtı Stokholmda keçirilən Beynəlxalq Krım Platformasının 4-cü Parlament Zirvə toplantısında Baş Assambleyaya videokonfrans vasitəsilə müraciət edib.

Zelenski çıxışında Rusiyanın 2014-cü ildə Krım yarımadasının qanunsuz ilhaqını xatırladaraq, bir dövlətin sərhədlərinin zorla dəyişdirilməsinin qəbuledilməz olduğunu bildirib.

Zirvə toplantısında 70-ə yaxın nümayəndə heyətinin iştirak etdiyini qeyd edən Zelenski, "Rusiya hələ də hər gün insan öldürür. İşğal olunmuş ərazilər hələ də işğal altındadır" dedi.

Rusiya-Ukrayna müharibəsini bitirmək üçün hazırladığı “sülh planı” üzərində ABŞ-ın müttəfiqləri ilə apardığı işlərə toxunan Zelenski bu açıqlamaları verib:

"Biz indi kritik mərhələdəyik. Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq və hamı üçün real təhlükəsizliyi təmin etmək üçün ABŞ, avropalı tərəfdaşlarımız və bir çox başqa ölkələrlə sıx əməkdaşlıq edirik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ