SON DƏQİQƏ! Paşinyan həbs edilə bilər – Prokurorluğa şikayət edildi


Erməni icmasının üzvləri Paşinyana qarşı Baş Prokurorluğa şikayət ərizəsi təqdim ediblər.

Turkustan.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Sputnik” mlumat yayıb.

Məlumata görə, media nümayəndələri, siyasətçilər və insan haqları fəalları Baş nazir Nikol Paşinyana qarşı Ermənistan Baş Prokurorluğuna şikayət ərizəsi verərək onu siyasi rəqibləri təqib etməkdə və Erməni Apostol Kilsəsinin işlərinə müdaxilədə günahlandırıblar.

Bildirilir ki, 2026-cı il parlament seçkiləri ərəfəsində hakimiyyət orqanları müxalifətə və tənqidi qruplara qarşı təzyiqlərə başlayıblar. Xüsusi diqqət Erməni Apostol Kilsəsinə, Katolikosa, bir neçə yüksək vəzifəli ruhaniyə və onların qohumlarına, eləcə də iş adamı Samvel Aleksanyana və kilsənin digər tərəfdarlarına yönəldilib.

Ərizəçilər iddia edirlər ki, hakimiyyətin hərəkətləri Konstitusiyanı və qanunları pozur, dini özünüidarəetmə prinsipini və mülkiyyət hüquqlarına ziddir. Erməni Apostol Kilsəsinin fəaliyyətinə müdaxilə edir və şəxsi və ailə həyatının məxfiliyini pozur.

Qeyd olunur ki, Paşinyan bu hərəkətlərə görə şəxsi məsuliyyət daşıyır, çünki o, qanunların icrasına nəzarət edir. Ərizəçilər Baş Prokurorluğu baş naziri və onun silahdaşlarını qanun çərçivəsində məsuliyyətə cəlb etməyə çağırıblar. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ