Ağ Ev: Maddələrin çoxu artıq razılaşdırılıb


Ağ Ev sözçüsü Karoline Leavitt, Ukraynada İsveçrənin Cenevrə şəhərində keçirilən sülh planı danışıqlarının çox müsbət keçdiyini və maddələrin əksəriyyətində razılığa gəlindiyini bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ sözçüsü Ağ Evin bağçasında gündəmlə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb və Rusiya-Ukrayna prosesində mövcud vəziyyəti dəyərləndirib.

Leavitt ABŞ prezidenti Donald Trampın təqdim etdiyi 28 bəndlik sülh planının ətraflı müzakirə olunduğu noyabrın 23-də Cenevrədə keçirilən danışıqların çox yaxşı və məhsuldar keçdiyini bildirib.

"Hər kəs Cenevrədə ortaya çıxan nəticələrlə bağlı nikbindir. Katib (Marko) Rubio, xüsusi nümayəndə (Stiv) Witkoff və bütün komanda ABŞ-ın həm rusların, həm də ukraynalıların töhfələri ilə hazırladığı 28 bəndlik sülh planının müddəalarını hərtərəfli müzakirə etdilər"- Sözçü bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ