ABŞ və Venesuela arasında gərginlik davam etdikcə, ABŞ ordusu Karib hövzəsində hərbi varlığını artırıb.
Turkustan.az xəbər verir ki, ABŞ administrasiyası Venesuela prezidenti Nikolas Maduronu terror təşkilatının üzvü elan edib və onun haqqında məlumat verənə 50 milyon dollar mükafat veriləcəyini açıqlayıb.
ABŞ Cartel de los Soles (Günəşlərin Karteli) adlı qrupu xarici terror təşkilatı (FTO) kimi tanısa da, Maduronu da sözügedən təşkilatla əlaqələndirib.
Lakin ABŞ mətbuatı əhəmiyyətli bir iddia qaldırdı. Axios-un ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp birbaşa Nikolas Maduro ilə danışmağı planlaşdırır.
"Heç kim onu güllələməyi və ya yox etməyi planlaşdırmır. Mən deməzdim ki, bu, heç vaxt baş verməyəcək, lakin bu, hazırda plan deyil", - mənbə Axios-a bildirib. Ağ Ev rəsmisi deyib ki, “Biz gizli əməliyyatlar həyata keçiririk, lakin onlar Maduronu öldürmək üçün deyil, narkotik ticarəti ilə mübarizə üçün nəzərdə tutulub”.
Aytən Yaşar/ Turkustan.az