ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün təqdim etdiyi sülh planı ilə bağlı Ukrayna, Avropa və ABŞ arasında aparılan danışıqların ardınca Financial Times-dan təəccüblü iddia gəlib.
Turkustan.az xəbər verir ki, “Financial Times” yazıb ki, ABŞ ordusunun katibi Den Driskoll Rusiya və Ukrayna arasında sülh danışıqlarını asanlaşdırmaq üçün Əbu-Dabiyə səfər edib.
FT-nin məlumatına görə, ötən gecə Əbu-Dabidə Ukrayna və Rusiya nümayəndə heyətləri danışıqlara başlayıb. Reuters xəbəri hələlik təsdiq edə bilməyəcəyini bildirib.
Aytən Yaşar/ Turkustan.az