“Azərbaycanın əraziləri geri qaytarmaq imkanını görürəm”.
Turkustan.az globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.
“Bu, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların işi vasitəsilə mümkündür,” – Papikyan əlavə edib.
O, hansı ərazilərdən söhbət getdiyini deməsə də, Başkəndi nəzərdə tutduğu ehtimal edilir.
Papikyan Ermənistan Parlamentinin sədri Alen Simonyanın “Ermənistanın nəzarətində təxminən 110 kvadrat kilometr Azərbaycan ərazisi var” fikrinə münasibət bildirməyib. Simonyanın nəzərdə tutduğu bu ərazilər isə Qazaxın Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Naxçıvanın Kərki kəndidir.